Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 01:23

Putin-in qaz xəyalı


Vladimir Putin.
Vladimir Putin.

-

«Enerji təhlükəsizliyi üçün qazın alıcı və satıcıları riskləri bərabər bölməlidir» – Rusiya prezidenti Vladimir Putin belə deyib. ANS PRESS-in məlumatına görə, o bu sözləri Tehranda keçirilən «Qaz ixrac edən ölkələr Forumu»nda dilə gətirib.

Qaz bazarında ədalətli qiymət tərəfdarı olduğunu bildirən Putin xatırladıb ki, qaz alış-verişinin yarısını təmin edən «Qaz ixrac edən ölkələr Forumu» qaza tələbatın artdığı dövrdə toplaşıb: «Qaz iqtisadi baxımdan daha sərfəli və ekoloji baxımdan təmiz yanacaq növüdür... Proqnozlara görə, 2040-cı ilədək dünyada qaza tələbat 32 faiz artaraq təxminən 5 trilyon kubmetrə çatacaq. 2014-cü ildə tələbat 3.7 trilyon kubmetr idi. Bu, qazın istehsal və ixracını genişləndirməyə böyük imkanlar açır... Ona görə də, yeni qaz yataqları işlətmək, qaz nəqli infrastrukturunu genişlətmək, əlavə kəmərlər tikmək, şaxəli qaz təchizatı marşrutları yaratmaq gərəkəcək».

«2040-CI İLƏ NƏ PUTIN QALAR, NƏ DƏ…»

Enerji məsələləri eksperti İlham Şaban Rusiya prezidentinin səsləndirdiyi rəqəmi inandırıcı saymır: «Bu, Molla Nəsrəddinin 100 qızıl alıb, eşşəyə 10 il müddətində danışıq öyrətməsinə bənzəyir. 2040-cı ilədək nə Putin qalar, nə də ona qulaq asan «qaz»lar».

Ekspert BP-nin hesablamasına dayanaraq bildirir ki, dünyanın qazı ən çox tükədən Avropa bazarında 2030-cu ilədək gözəçarpan artım olmayacaq: «Ancaq 2030-2040-cı illərdə istehlak artacaq. Bu da yerli istehsalın daim azalmasından və idxal payının daha da yüksəlməsindən qaynaqlanacaq».

İlham Şabanın sözlərinə görə, bu faktor ona dəlalət edir ki, enerjiyə tələbatını sabit şəkildə ödəmək istəyən Avropa müxtəlif bazarlarla sıx təmas siyasətini indən belə daha da genişləndirəcək.

XS
SM
MD
LG