Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 20:34

Ukrayna bayrağına görə saxlandılar


Bayrağı bu binaya sancıblar

-

Moskvada 3 nəfər Ukrayna milli bayrağını çoxmərtəbəli binaya sancdığına görə saxlanıb.

Hadisə noyabrın 23-də baş verib. Düz 2 il öncə Ukraynada Avromaydan etirazları başladı və prezident Viktor Yanukovych devrildi.

Ötən ilin avqustunda da oxşar aksiya keçirilmişdi. 5 rusiyalı kişi və qadın elə həmin binanın üzərindəki sovet ulduzunu Ukrayna bayrağının rənglərinə boyamışdı. Sonradan Moskva məhkəməsi fəallardan birinə xuliqanlıq və vandalizmə görə 27 aylıq həbs kəsdi. Digər 4 nəfər bəraət aldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG