Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 13:22

"Charles De Gaulle” əməliyyata başladı


Foto arxiv

Fransanın “Charles De Gaulle” təyyarədaşıyan gəmisi noyabrın 23-dən “İslam Dövləti” qrupuna qarşı əməliyyata başlayıb.

France-Press agentliyinin məlumatına görə, gəmidən qalxan qırıcı təyyarələr bu qrupun Suriya və İraqdakı mümkün mövqelərinə reydlər keçirib.

Amma mövqelərin vurulub-vurulmaması barədə məlumat yoxdur.

Təyyarədaşıyan gəmi hazırda Aralıq dənizinin şərqindədir.

Noyabrın 13-də Parisdə 130 adamın ölümünə səbəb olan terror aktlarına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

XS
SM
MD
LG