Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:19
"Nəsimi" filmindən
"Nəsimi" filmindən

AzadlıqLive - "Bildiyim odur ki, Nəsiminin məzarı uçurulub"

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

Azərbaycanda və dünyada baş verənlər hadisələri burdan izləyin

15:12 23.11.2015

Prokurorluq KIV-dən tələb edir

KİV rəhbərlərindən reallıqla uzlaşmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib. Gələcəkdə də belə məlumatlar yayarlarsa, barələrində daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub...

Baş Prokurorluq bir sıra media orqanlarına rəsmi xəbərdarlıq edib. Noyabrın 23-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə,Müstəqil İnformasiya Agentliyi (Mia.az), «Cumhuriyyət», «Qaynarinfo», «Gündəminfo», «Criminal.az», «Strateq.az», «İstiqlal.az», Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərləri prokurorluğa dəvət edilib.

15:21 23.11.2015

Facebook mübahisəsi 7 il yarım həbslə bitdi

«Paylaşdığım şəklin altından ədəbsiz rəylər yazmışdı. Neçə dəfə tələb etdim ki, yazdıqlarını silsin. Başa düşmədi»

Noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı Rövşən Şahmarova hökm oxunub. Məhkəmə Nizami rayonundakı 238 saylı orta məktəbin şagirdiRövşən Şahmarovu 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məktəbliyə qarşı ittihamnamədə deyilir ki, o, facebook sosial şəbəkədə öz sinif yoldaşı Elvin Muradovla mübahisə edib. Tərəflər görüş yeri təyin ediblər. Mübahisə qanla çözülüb. Rövşən Şahmarov Elvin Muradova 18 bıçaq zərbəsi vurub.

17:01 23.11.2015

Borcluların sayı 2 milyon yarımı keçdi

İqtisadçı Qubad İbadoğlu Facebook-da yazır ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi var.

«Müqayisə üçün qeyd edək ki, son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb. MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir».

17:24 23.11.2015

Özünü niyə yandırdı?

Bu gün “Muğanbank” olduğu iddia olunan bank qarşısında borca görə özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova hadisə barədə danışıb. (Qeyd edək ki, Muğanbank belə müştərisi olmasını təkzib edir)

A. Hüseynova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə “Hyundai” markalı maşın götürüb: “Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam”.​

Davamı

XS
SM
MD
LG