Çar Sultana qarşı
"Bu, iki –Rusiya və Osmanlı imperiyalarının savaşıdır. Rəsmən on illər öncə çöksələr də, bu gün də parçalanmaqda davam edirlər. Və bu, iki kişinin, Vladimir Putin və Recep Tayyip Erdoğan-ın məsələsidir. Özlərini hələ də çoxdan itmiş imperiyaların varisi sayırlar. Onlar bu imperiyaları rəiyyətin beynində canlandırıblar, böyük keçmiş də tez-tez gözləri önündə bərq vurur. Təəccüblü deyil ki, Suriyada oyunçular artdıqca və münaqişə qızışdıqca, ilk qığılcım da bu iki kişi arasında alovlanır".Bunu «Foreign Policy»də Julia Ioffe yazır.
Erdoğan hökumətini ifşa edən jurnalistlər həbs olunub
Türkiyə hökumətinin korrupsiyalı əməllərini faş etmiş Can Dündar və Erdem Gül casusluq ittihamı ilə həbs ediliblər
Nüfuzlu “Cümhuriyyet” qəzetinin baş redaktoru və qəzetin Ankara bürosunun rəhbərini ömürlük həbs cəzası gözləyə bilər. Bu iki təhqiqat jurnalistinin hazırladığı reportaj və videosüjet Türkiyədə siyasi fırtına yaratmış və prezidentin onları məhkəməyə verməsi ilə nəticələnmişdi.
Hacı Məmmədovun dəstəsi bunun yanında quzuymuş ki...
Baş Prokurorluğun məlumatı ilə tanış olanda dəhşətə gəldim. Bir nazirlikdə ki, 19 nəfər həbs edilib, biri ev dustağıdır, daha biri də axtarışdadır, bu, dəhşətdir. Bunu oxuyanda dedim ki, «Hacı Məmmədovun dəstəsi bunların yanında quzuymuş ki...». O ki qaldı, nazirin bu dəstədən xəbərsiz olmasına, bu, qətiyyən mümkün deyil! Rəhbərliyin xəbəri olmaya bilməzdi. Maraqlısı bilirsiniz nədir? Eldar Mahmudovu Ramil Usubov iki dəfə sistemdən qovub. Qoy, indi nazir açıqlasın, nəyə görə onu işdən çıxarmışdı? Mən Usubovun tərəfdarı deyiləm, ancaq məncə, o, vaxtında Eldar Mahmudovun yararsız kadr olduğunu görmüşdü. Hüquqşünas Əyyub Kərimovla söhbət
Bu günki AzadlıqLive-da:
Nardaranda nə baş verib? 4 dindar, 2 polis öldürülüb, 14 nəfər saxlanıb
Müsavat başkanı Arif Hacılı Taleh Bağırzadə barədə deyir ki, onu prokurorluğa çağırmaq istəyirdilərsə, çağıraydılar, özü gələcəkdi, əməliyyat nəyə lazım idi?
Politoloq Azər Rəşidoğlu deyir ki, yaxın vaxtlarda daha çox detallar üzə çıxacaq
Putin dedi ki, Erdoğan üzr istəsin, Erdoğan isə az sonra bildirdi ki, üzrü sərhəddi pozandan tələb eləməlidirlər