Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 20:30

Gecə Brüsseldə küçələr boş olub


Brüssel

Brüsseldə ötən gecə küçələr demək olar ki, boş olub, restoran və barlar əvvəlkindən tez bağlanıb.

Şəhər sakinləri və hakimiyyət terror təhlükəsindən ehtiyat edirlər.

Hazırda şəhərdə Paris partlayışlarında şübhəli bilinən Salah Abdesalamın axtarışı gedir.

Tanışları və qonşuları onu bu yaxınlarda Brüsseldə gördüklərini və Suriyaya getmək istədiyini deyirlər.

Paris terrorlarının istintaqı göstərir ki, terrorçuların bazası məhz Brüsseldə olub.

Ötən cümə günündən Belçikada təhlükəsizlik səfiyyəsi qaldırılıb.

Noyabrın 13-də Parisdə törədilən partlayışlarda 130 nəfər ölüb.

Bu hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

XS
SM
MD
LG