Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:26

Krımda 23 noyabr qeyri-iş günü elan olunub. Amma bu, vətəndaşlara dövlət xidməti orqanları və bələdiyyələrə aid deyil. Bu barədə “İnterfaks” agentliyi məlumat verib.

Krım yarımadası noyabrın 22-ə keçən gecədən işıqsız qalıb. Yarımadanın Ukrayna ərazisində yerləşən elektrik ötürücülərində partlayış olub.

Rəsmilər generatorların köməyi ilə yalnız böyük şəhərlərdə elektrik enerjisinin qismən bərpa edildiyini deyirlər. Sevastopolda trolleybusların hərəkəti dayandırılıb.

Kerç şəhəri isə tamamilə işıqsız qalıb.

Yanacaq, çörək və şam üçün uzun növbələr yaranıb. İstilik sistemi işləmir, su fasilələrlə verilir, telefon və mobil rabitədə problemlər yaşanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG