-
Alyoşa
Pişpişpiş
Dadaş Adnaya
Bu bir pişikdi sarıdan
yarımçıq bir astanaya şəkili düşmüş
Bir uşaq yuxusundan enib dərsə
Bir taksidən enib qadın gözünə gedər
Anası Svetlanadır deyirəm bəlkə
Nəvaxtsa öləcək bayraqsız rəngli
Gedə bilərdi tankla, dünyadan
Ama astanaya düşüb piş-piş-piş
Bu küçə yuxusudu, sarısı
Gəlib keçənlərı oyatmaqda
İsmi feil Həsən
Bəlkə zaman da dayanar gəlsən
Otursan bir küncdə göl olar xalça
Lotosları da xatırlayaq
Yeyərik əllərini soyar portağal
Həm gecə də var bir küncündə dizlərin
Gecə nağılsa səslərindən sərçələr tutar üzümü
Elə yerindən öpsəm ki, Ənəl Həqq
Xəritəni su basar sahilə vurar kapitanlar
Sən portağallar olarsan uşaqlığımda
Quşlarla samalyotlar toqquşmazdılar
Birazdan böyüdük qonşumuzda
Həyat bir az Afrika bir az o qatar
Dağlar portağallar atar adı Həsən
Nənəsinin nağılında axar bu çay, eynən belə
Çar ruleti dərsində gözünə girmiş
Hər müəllim portağaldı adı Həsən
Sobaların qışı da donar əlində
Nəyi yandırsaq ki, çıxar günəş
O zil saçlarından axıb tökülən
Yuxulu kişilərdi yataqları yox
Qovulub təbiət anasından, heç