- Akademik Milli Dram Teatrında yazıçı Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” adlı kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə oxucular, junalistlər, yazıçılar, millət vəkillərindən Aqil Abbas, müğənni Faiq Ağayev iştirak ediblər. M.Ağaoğlu kitabını oxucuları üçün imzalayıb.
"Bu gün səbr elə" romanı “Ol” nəşriyyatında işıq üzü görüb. Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır.
“Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır. Kitabın redaktoru Ağa Cəfərlidir.