Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:39

28 ölkə Ukrayna ilə assosiasiyanı təsdiq edib


Petro Poroshenko.
Petro Poroshenko.

-

Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, Avropa Birliyinə üzv bütün dövlətlərin parlamentləri Ukraynayla Assosiasiya Sazişinin ratifikasiyasını başa çatdırıb.

Poroshenko-nun sözlərinə görə, noyabrın 20-də 28 üzv dövlət Ukrayna razılaşmasını təsdiq edib.

Prezident vurğulayıb ki, Avropa Birliyi rəsmiləri onlara 2016-cı il yanvarın 1-dən Ukrayna ilə azad ticarət zonasının yaradılacağını, bununla bağlı artıq hazır olduqlarını bildirib.

Avropa Birliyi artıq Ukraynanın ən böyük ticarət tərəfdaşıdır.

Rəsmi Kiyev Avropa Birliyi ilə Assosiasiya Sazişini 2014-cü ilin martında, iqtisadi razılaşmanı isə 3 ay əvvəl bağlayıb.

Rusiyanın şikayətindən sonra Ukrayna-AB azad ticarət zonasının yaradılması bu il dekabrın 31-dək təxirə salınmışdı.

XS
SM
MD
LG