Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

124 «qanunsuz» ovçu saxlanılıb


Ovçu
Ovçu

-

Bu ilin 10 ayı ərzində qanunsuz ovla məşğul olan 124 nəfər saxlanılıb.

Bunu «Report»un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.

Məlumata görə, həmin şəxslərdən 117 ədəd ov tüfəngi və 925 ədəd patron götürülüb: «Qanunu pozan şəxslər barəsində akt və protokol tərtib olunaraq onlara 114 min 300 manat cərimə və təbiətə vurduqları 21 min 165 manat ziyanın ödənilməsi tətbiq edilib».

Nazirlik bildirir ki, reydlər zamanı qanun pozucularının şəxsiyyət vəsiqələrini və ov silahlarına dair sənədləri təqdim etməməsi, nazirliyin əməkdaşlarına müqavimət halları da baş verib: «Bu qanun pozucuları barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə 18 nəfər barəsində aidiyyəti rayon polis şöbələrinə müraciət olunub. Hazırda reydlər davam etdirilir».

XS
SM
MD
LG