Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:21

Əhalinin gəliri 5.7 faiz artıb


Manat.
Manat.

-

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 33.5 milyard manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda belə deyilir.

Komitədən bildiriblər ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4.4 faiz artıb. Bununla da ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0.7 faiz bəndi üstələyib.

Bu dövrdə gəlirlərin 76.3 faizi son istehlak xərclərinə, 9.3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2.9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 11.5 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirləri 5.7 faiz artaraq 30.4 milyard manat təşkil edib.

XS
SM
MD
LG