Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:14

Diktatoru məzarından çıxarmaq tələb edilib


General F.Franco
General F.Franco

Tanınmış İspaniya hüquqşünası keçmiş diktator Franco-nun sümüklərinin məzarından çıxarılmasını tələb edən petisiya hazırlayıb.

Tanınmış İspaniya hüquqşünası keçmiş diktator Franco-nun sümüklərinin məzarından çıxarılmasını tələb edən petisiya hazırlayıb.

Baltasar Garzon deyir ki, Şəhidlər Vadisi qurbanların xatirə yerinə çevrilməlidir.

Bu təşəbbüs general Franco-nun ölümünün 40-cı ildönümü ərəfəsində qaldırılıb.

General Franco respublikaçılara 1936-1939-cu ilin qanlı müharibəsində qalib gəldikdən sonra 1975-ci ilədək hakimiyyətdə olub.

İspaniya sonralar demokratiyaya uğurlu keçid edib, lakin Franco-nun irsi cəmiyyətin geniş təbəqələrində hələ də ağrı ilə yad edilir.

O vaxt siyasi partiyalat ümumi amnistiya barədə razılığa gəlmişdilər, bu isə o demək idi ki, heç kəs mühakimə edilə bilməzdi.

Lakin indi vəkil Garzon Franco-ya aid bütün atributların məzarlıqdan yığışdırılmasını tələb edir.

Vətəndaş müharibəsi qurbanlarının dəfn olunduğu Şəhidlər Vadisi hərbi əsirlər tərəfindən salınıb.

General Franco bu abidəni milli barışıq rəmzi elan etmişdi, lakin bir çoxları onu diktaturanın xatirəsi hesab edirlər.

Vəkil Garzon 1998-cı ildə Çili diktatoru Pinochet-i Londonda həbs etdirməsi ilə məşhurlaşıb.

XS
SM
MD
LG