- Rusiya Mədəniyyət Nazirliyi "Oskar" film mükafatına yeni coğrafi formatda alternativ yaratmaq qərarına gəlib.
Nazirliyin kinomatoqrafiya şöbəsinin rəhbəri V.Telnov deyib: "Yəni Avrasiya Kinoakademiyası yaratmaqdan söhbət gedir. "Oskar"ın analoqunu yaradırıq. Rusiya, Hindistan və Çinin iştirakıyla. Göstəriş var."
"Avrasiya Oskar"ını 2017-ci ildən başlayaraq, hər il verməyi planlaşdırırlar.
Mükafatın mərkəzi Moskvada olacaq. Rusiya, Çin, Hindistan hökumətləri arasında razılaşdırılıb ki, bundan sonra bu ölkələrin filmlərinə öz yaratdıqları film akademiyası qiymət versin.
Əvvəlcə planda Cənubi Afrika Respublikası və Braziliyanın da bu mükafata qoşulması olub (BRİKS - Brailiya, Rusiya, Hindistan, Çin, CAR), sonradan "plan korrektə edilib".
Bəzi rus mətbuat orqanları sözügedən məlumatı "Avrasiya Oskarı", bəziləri isə "Asiya Oskarı" kimi yayımlayıblar.
Bu yaxınlarda isə Rusiyada rejissor Nikita Mixalkov Fransanın Kann şəhərində keçirilən festivala alternativ yaratmağı təklif etmişdi.