Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 16:44

James Warlick Bakının addımını alqışlayıb


James Warlick

“Biz Azərbaycanın humanitar jest kimi erməni əsgərini geri qaytarmasını alqışlayırıq”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick özünün “twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan noyabrın 18-də Azərbaycanda əsirlikdə olan erməni əsgəri Andranik Grigoryanı qarşı tərəfə təhvil verib.

Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilib.

Andranik Grigoryan 2015-ci il martın 22-də təmas xəttini keçərək könüllü Azərbaycan hərbçilərinə təslim olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG