Krımda naməlum adamlar məscidi qarət edib.
Krım müsalmanları dini idarəsinin noyabrın 19-da verdiyi məlumata görə, qarətçilərhəftənin əvvəllərində Sudak şəhəri yaxınlığındakı Yangy Maale məsçidinə soxularaq nəzir qutusunu aparıblar.
İdarənin məlumatına görə, bu 2015-ci ildə məsciddən edilən 8-ci oğurluqdur.
Noyabrın 14-də isə naməlum adamlar Zavet-Leninsk kəndindəki məscidin pəncərələrini sındırıblar.
Sentyabrda isə Krımın paytaxtı Simferopolda təmir edilən mərkəzi məscidin plakatları təhqir edilib.
Krımdakı müsəlmanların əksəriyyətitatarlardır.
Onların çoxu Rusiyanın yarmadanı ilhaq eləməsinə qarşıdır.
Rusiya Krımı 2014-cü ildə ilhaq edib.