Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Rusiya, Çin saziş imzaladı


Su-35

-

Rusiya və Çin Pekinin 24 Su-35 qırıcısı almasına dair saziş imzalayıblar.

Rostec dövlət holdinqinin baş direktoru Sergei Chemezov noyabrın 19-da deyib ki, müqavilənin dəyəri 2 milyard dollardan artıqdır. Beləliklə, Çin Su-35 təyyarələrinin xarici alıcıları sırasında birinci yerə keçir.

Ötən il Rusiya silah ixracına görə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutub.

Rusiyanın dövlət silah ixracatçısı olan Rosoboroneksport-un baş direktoru Anatoly Isyakin ötən ay deyib ki, şirkət son 15 ildə 116 ölkəyə 115 milyard dollarlıq silah satıb. Şirkətin 45 milyard dollarlıq ixrac müqavilələri var.

XS
SM
MD
LG