Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:46

-

İslam Dövləti (İD) silahlı qruplaşması iki girovu – norveçli və çinlini edam etdiyini bildirib.

Qruplaşmanın Dabiq jurnalı noyabrın 18-də Ole Johan Grimsgaard-Ofstad və Fan Jinghui-nin meyitlərinin fotolarını yayıb.

Girovların nə vaxt, harada, necə öldürülməsi barədə detallı bilgi verilməsə də, güllələndikləri görünür.

Norveçin baş naziri Erna Solberg deyib ki, iddiaya şübhəylə yanaşmağa heç bir səbəb yoxdur, bu, “ikrah oyadan, barbar hərəkətidir”.

Dabiq jurnalı sentyabr buraxılışında həmin iki girovun “satışa çıxarıldığını” yazırdı.

Şərhləri göstər

XS
SM
MD
LG