Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 05:27

“İslam Dövləti” qrupu jurnalında Misirdə qəzaya düşən Rusiya təyyarəsinə qoyulmuş əldədüzəltmə bombanın detallarının fotolarını çap edib.

Bu barədə noyabrın 18-də Reuters və Associated-Press agentlikləri məlumat yayıb.

Fotolorda alkoqolsuz “Schweppes Gold” içkisinin bankası və detonator əks olunur.

Reutersin məlumatına görə, yaraqlılar ilk olaraq ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqdakı hərbi kampaniyalarda iştirak edən ölkələrdən birinə məxsus təyyarəni partlatmaq istəyirmişlər.

Amma Rusiya Suriyada hava əməliyyatlarına başladıqdan sonra planı dəyişiblər.

Oktyabrın 31-də Misirdə 224 nəfərin ölümü ilə nəticələnən qəzaya görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG