Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 10:44

Lavrov:"Bütün vasitələrə əl atılacaq"


Sergei Lavrov

“Sinay yarmadasında terror aktı məhz Rusiya vətəndaşlarına qarşı törədilib və bu Rusiya Dövlətinə qarşı hüum deməkdir”.
Bunu noyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

O özünümüdafiə hüququ çərçivəsində siyasi, hərbi, kəşfiyyat və xüsusi xidmətlər də daxil olmaqla bütün vasitələrə əl atılacağını bildirib.

Oktyabrın sonunda Misirdə Rusiya sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

Bu hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Rusiya hökuməti bu günlərdə təyyarənin partladılmasını təsdiqləyib.

Məlumatlara görə, təyyarəyə bomba qoyulubmuş.

XS
SM
MD
LG