Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Lavrov Qərbin yumşaldığını deyir


Sergei Lavrov

Rusiya bildirib ki, əgər qərb İslam Dövləti qrupuna qarşı əsil beynəlxalq kolaisiya istəyirsə Suriya prezidenti Bashar Assadın siyasi keçiddən kənarlaşdırılması tələbindən imtina eləməlidir.

Bunu noyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov bəyan edib.

Lavrov qeyd edib ki, Parisdə törədilən terror aktları və Rusiya təyyarəsinin Misirdə partladılmasından sonra Qərbin mövqeində dəyişiklik olub.

Qeyd edək ki, bu partlayışlara görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Lavrov ümid edir ki, onların qərbli həmkarlarının mövqeinin dəyişməsi digər Qərb tərəfdaşlarına da təsir edəcək.

ABŞ və onun müttəfiqləri Bashar Assadın Suriyada siyasi keçiddən kənarlaşdırılmasını istəyirlər.

Amma Moskva hesab edir ki, Assadın getməsini Suriya xalqı həll etməlidir.

Moskva bu münaqişədə Bashar Assadın ABŞ və onun müttəfiqləri isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

XS
SM
MD
LG