-
Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin «Kimdir müqəssir?» ikihissəli komediyası 25-ci dəfə nümayiş olunacaq.
Qurumun Mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, tamaşa iki ildən çoxdur teatrın repertuarındadır.
Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin 25-ci nümayişi noyabrın 20-də saat 19:00-da baş tutacaq.
Azərbaycanın böyük klassiklərindən olan Əbdürrəhim bəy Haqverdiyev bu unikal əsərində insanın yarandığı andan bəri keçdiyi keşməkeşli təkamül yolunu incə bir yumorla qələmə alıb.
«Kimdir müqəssir?» tamaşası 2014-cü ildə keçirilən I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və Fəxri diplomla təltif olunub.
Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Təranə Muradova, Qalina Semyonova, rejissor assistenti Elməddin Dadaşovdur.
Səhnə əsərindəki musiqilər Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» Ritm Qrupunun ifasında səsləndirilir.
Tamaşada rolları Çingiz Əhmədov, Fəridə Məlikova, Hüseyn Əlili, Elməddin Dadaşov və Gültac Əlili ifa edirlər.