Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:34

85 dollara «çubuq» kompüter


ASUS Chromebit
ASUS Chromebit

-

«Asus» və «Google» ortaq məhsulları «Chromebit»i satışa çıxarıblar.

85 dollar qiymətində olan cihaz HDMI portu ilə qoşulduğu monitoru və ya televizor ekranını «Chrome OS» əməliyyat sistemli bir kompüterə çevirir.

Bir barmaq ölçüsündə olan «Chromebit»in çəkisi 75 qram, daxili yaddaşı 16 GB, RAM-ı 2GB-dır.

Bluetooth dəstəyi imkan verir ki, istifadəçilər simsiz klaviatura və mausla cihazı uzaqdan idarə edə bilsinlər. Wi-Fi-la internetə qoşulmaq olar.

Cihaz istifadəçiyə «Chrome OS» əməliyyat sistemli bir kompüterin bütün imkanlarını təqdim edir.

XS
SM
MD
LG