Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 14:26

Rusiya Suriyaya qanadlı raketlər buraxıb


Foto arxiv

Rusiya Aralıq dənizindəki sualtı qayığından İslam Dövləti qrupunun Suriyanın Rakka şəhəri ətrafındakı mövqelərinə qanadlı raketlər buraxıb.

Bu barədə RBK Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadla xəbər verir.

Məlumata görə, kəşfiyyat hazırda zərbələrin effektini öyrənir.

Əməliyyat barədə ilk olaraq Qərb mediası məlumat yayıb. Fransanın “Le Monde” qəzeti Fransa Müdafiə nazirliyinə istinadla noyabrın 17-si səhər saatlarında Aralıq dənizindən Rakkaya qanadlı raketlər buraxıldığını xəbər verib. “Reuters” agentliyi isə Rusiyanın bu barədə qabaqcadan ABŞ-a məlumat verdiyini bildirir.

XS
SM
MD
LG