Keçid linkləri

2025, 16 İyul, çərşənbə, Bakı vaxtı 19:14

Azərbaycan ilin son oyununu oynayacaq


İtaliya-Azərbaycan oyunu
İtaliya-Azərbaycan oyunu

-

Noyabrın 17-də futbol üzrə Azərbaycan milli komandası ilin son oyununa çıxacaq. Yoldaşlıq görüşündəki rəqib Moldova yığmasıdır.

Qarşılaşma axşam saat 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Oyunu Lasha Silagava-nın başçılığı ilə gürcüstanlı hakimlər briqadası idarə edəcək.

Yoldaşlıq görüşü hər iki komanda üçün FIFA reytinqində yüksəlmə baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan millisi 293 xalla 115-ci, Moldova isə 177 xalla 114-cü pillədə qərarlaşıb.

Aldıqları zədə səbəbindən Azərbaycan millisində kapitan Rəşad Sadıqov və Dmitri Nazarov oynamayacaq.

XS
SM
MD
LG