Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 06:10

ABŞ qubernatorları qaçqınlardan qaçırlar


Qaçqınlar.

-

Amerika ştatlarının yarıdan çoxunun qubernatoru elan edib ki, Suriyadan olan qaçqınları öz ərazilərində qəbul etmək istəmirlər.

Əksər qubernatorlar Paris terrorunu əsas götürərək federal hökumətdən tələb edir ki, Birləşmiş Ştatlarda sığınacaq alanlarla bağlı yoxlama sistemini daha güvənli etsin.

«Texas Suriyadan olan qaçqınları qəbul etməyəcək. Mən Vaşinqtondan da eyni addımı atmağı tələb edirəm. Təhlükəsizlik hər şeydən önəmlidir» – Texasın qubernatoru Greg Ebbot öz Twitter səhifəsində belə yazıb.

2011-ci ildən ABŞ Suriyadan cəmi 1500 qaçqın qəbul edib. Prezident Obama bəyan edib ki, gələn il onların sayını 10 minədək artıracaq. Rəsmi olaraq qubernatorların ölkənin immiqrasiya siyasətini müəyyənləşdirmək hüququ yoxdur, amma onlar qaçqınların yerləşdirilməsində federal hakimiyyətlə əməkdaşlıqdan imtina etməklə Vaşinqtona öz planını həyata keçirməkdə böyük maneə yarada bilərlər. 26 qubernatordan 25-i Respublikaçılar Partiyasındandır.

XS
SM
MD
LG