Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 10:00

Kreml prezidentlərin görüşünü əməli sayır


Dmitry Peskov
Dmitry Peskov

Kreml ABŞ və Rusiya prezidentlərinin görüşünü əməli adlandırıb, amma elə bir dönüş olmadığını bildirib.

Barack Obama ilə Vladimir Putin noyabrın 17-də 20-lər ölkələrinin Antaliyada keçirilən sammiti çərçivəsində görüşüblər.

Kremlin sözçüsü Dimitry Peskov bildirib ki,20 dəqiqəlik görüşdən ikitərəfli münasibətlərdə dönüş gözləmək real deyir.

Ağ evin məlumatına görə, təxminən 35 dəqiqə sürən görüşdə Suriya və Ukrayna münaqişələri müzakirə olunub.

Barack Obama ilə Vladimir Putin Suriyada siyasi keçidin vacibliyini qeyd edib və bu məsələdə razılığa gəliblər.

Ukrayna münaqişəsinə gəldikdə isə Barack

Obama bildirib ki, tərəflər atəşkəslə bağlı Minsk razılaşmasına tam əməl edilməlidir.

Obama həmçinin ötən ay Rusiya təyyarəsinin Misirdə qəzaya düşməsi və qurbanlara görə Rusiyaya başsağlığı verib.

Bu Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasından bu yana prezidentlərin ilk görüşüdür.

XS
SM
MD
LG