Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Fransa polisi reydlər keçirir

Fransa polisi
Fransa polisi

-

Fransa polisi Parisdə noyabrın 13-də törədilmiş terror hücumlarında şübhəli bilinən islam yaraqlılarını üzə çıxarmaq məqsədilə bütün ölkə boyu 150-dən çox reyd keçirib. Fransa baş naziri Manuel Valls belə deyib.

Polisdəki mənbələrin məlumatına görə, reydlər nəticəsində həbs olunanlar var, silah anbarı da aşkarlanıb.

Nazir 132 nəfərin həyatına son qoyan terror hücumlarının Suriyada planlaşdırıldığını və təşkil olunduğunu da deyib.

This item is part of
XS
SM
MD
LG