Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 10:13

Bakıdan Parisə uçuşlar dayandırılmayıb

AZAL
AZAL

-

«Azərbaycan Hava Yolları» (AZAL) QSC yaxın vaxtlarda Parisə aviareysləri ləğv etməyi planlaşdırmır.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, Parisə növbəti aviareys noyabrın 15-də uğurla həyata keçirilib və təyyarə artıq Bakıya qayıdıb.

Noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 132 nəfər ölüb, 350-yə yaxın insan yaralanıb.

This item is part of
XS
SM
MD
LG