Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Məşhur boksçu yenidən mer seçildi


Vitaly Klitschko (sağda) və qardaşı Vladimir Klitschko
Vitaly Klitschko (sağda) və qardaşı Vladimir Klitschko

►Ukraynada mer seçkilərinin ikinci turu baş tutub.

Səsvermə noyabrın 15-də Ukraynanın əhalisi 90 min nəfərdən artıq olan 28 şəhərində və paytaxt Kiyevdə keçirilib.

Rəsmi məlumata görə, seçicilərin 34 faizi səsverməyə qatılıb.

İlkin nəticələr Vitaly Klitschko-nun yenidən Kiyevin meri seçildiyini göstərir.

Oktyabrın 25-də, seçkilərin birinci turunun «exit-poll» nəticələri açıqlanandan sonra prezident Petro Poroshenko bildirmişdi ki, ölkənin qərbində və mərkəzində hakimiyyət nümayəndələri öz üstünlüyünü saxlamaqdadır.

Şimal və şərqdə isə seçicilər müxalif blokun namizədlərinə daha çox səs veriblər.

Donetsk və Luqansk vilayətlərində və Rusiyanın ilhaq etdiyi Krım yarımadasında səsvermə keçirilməyib.

XS
SM
MD
LG