Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Deputatların siyahısı məhkəməyə göndərilir

Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

-

Yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabr ayının 21-də təqdim ediləcək.

Bu barədə modern.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Onun dediyinə görə, millət vəkillərinin yeni siyahısı məhkəməyə göndərilməzdən öncə MSK-nın seçkilərin nəticələrinə dair yekun iclası keçiriləcək.

Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib.

This item is part of
XS
SM
MD
LG