-
Noyabrın 16-da Sergei Maqnitsky adına Mükafatın ilk laureatları bəlli olacaq.
Mükafatlandırma mərasimi Londonda baş tutacaq.
«Hermitage Capital» fondunun hüquqşünası Sergei Maqnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o, böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
Mükafat 9 nominasiya üzrə veriləcək - ən yaxşı jurnalist araşdırması; insan haqlarının möhkəmləndirilməsi naminə ABŞ və Avropada siyasi fəaliyyət; ictimai və insan haqları müdafiəsi fəaliyyəti; Maqnitsky qlobal kampaniyası üçün görülən işlər; Maqnitsky işinin Avropada işıqlandırılması; hüquq və insan haqlarının müdafiəsi; demokratiyanın inkişafı naminə görülən işlərə görə.
Sergei Maqnitsky adına mükafat Böyük Britaniya, Avropa ölkələri, o cümlədən ABŞ və Kanadadan olan bir neçə beynəlxalq təşkilatların iştirakı ilə təsis olunub.