Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:20

İ.Əliyev G20-lərin sammitində çıxış edib


İlham Əliyev
İlham Əliyev

-

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

O, türkiyəli həmkarının şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini deyib və bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanındadır.

Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkədə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.

XS
SM
MD
LG