Noyabrın 15-də Səbayel Rayon Məhkəməsi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov barədə hökm çıxarıb.
Virtualaz.org saytının məlumatına görə, o, 3 ay azadıqdan məhrum edilib. A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.
A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.