Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

Tokioda qeyri-adi "Kitab və Yataq" oteli açılıb


"Book and Bed" oteli
"Book and Bed" oteli

- Dünyanın bir çox otellərində yazıçıların adına otaqlar var. Həmin otaqlar o yazıçıların əsərləri və fotolarıyla bəzədilir. Amma o otellərdə yüksək rahatlıq da təklif olunur.

Yaponiyanın Tokio şəhərinin mərkəzində yeni açılmış "Book and Bed" oteli isə nə lüks otel otağı vəd edir, nə hovuz, nə də şəhər turu, sadəcə 1700 kitablı otaqlar təklif edir.

Kitablar rəflərə düzülüb. Yataq rəflər arasına yerləşdirilmiş hücrəyə qoyulub.

Otelin səhifəsində deyilir: "Döşək rahat deyil, balış yumşaq deyil, yüngül və isti yorğanımız da yoxdur."

"Bizim konsepsiyamız budur: kitab dükanında oxucular üçün cənnət (hərçənd, kitablar satılmır)

Gecə saat 2-dir, göz qapaqların enir, amma deyirsən, qoy bir az da oxuyum, görüm sonra nə oldu.

Kitab oxuyaraq yatdığın anlar ən gözəl yuxulamaq anlarıdır, razısanmı?"

İngilis və yapon dillərində olan kitabları Yaponiyanın ən nüfuzlu nəşriyyatının mütəxəssisləri seçiblər.

Noyabrın əvvəli açılmış otelin hər günü dolu keçir, üstəlik, bundan sonra bir ayı da artıq rezerv olunub. Qiymətlərə gəlincə, iki cür otaq təklif olunur: "kompakt" otağın qiyməti 29, "standart" otağın qiyməti 37 ABŞ dollarıdır.

Yapon minimalizminə əsaslanan bu kitab oteli xarici ədəbiyyat səhifələrində böyük maraqla qarşılanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG