Fransadakı qatar qəzasında ölənlərin sayı 10-a çatıb
Fransada sürət qatarının qəzaya uğrması nəticəsində ölənlərin sayı 10-a çatıb. 32 nəfər yaralanıb. Onlardan 12 nəfərin vəziyyəti ağırdır. 5 nəfər itkin düşüb.
Sürət qatarı sınaq zamanı Parisdən Strasburqa hərəkətə edəndə relsdən çıxıb.
Hadisə Fransanın Almaniya ilə sərhədi yaxınlığında baş verib.
İlkin məlumatlara görə, hadisəyə yüksək sürət səbəb olub.
Hakimiyyət sabotaj aktını istisna edir.
Fransada qəzada ölənlər 10 oldu
