Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Rus atletləri olimpiadaya getməyə bilər


İdmanda dopinq
İdmanda dopinq

-

Rusiya Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) Şurasının qərarını «olduqca sərt» adlandırıb və əməkdaşlığın tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Söhbət Rusiya yüngül atletika üzrə yığmasının IAAF-nın himayəsi altında keçirilən bütün yarışlardan kənarlaşdırılması ilə bağlı qərardan gedir.

Müvafiq qərar Şuranın noyabrın 13-də keçirilən iclasında qəbul olunub. Təşkilat üzvlərindən 22-si Rusiyanın kənarlaşdırılması lehinə, 1 nəfər isə əleyhinə səs verib. Qərar müvəqqəti xarakter daşıyır və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına şamil olunub-olunmayacağı bilinmir.

Belə bir qərara səbəb isə rusiyalı atletlərlə bağlı antidopinq qaydalarında çoxsaylı pozuntulara yol verilməsi göstərilib.

Rusiya Atletika Federasiyasının (VFLA) rəhbəri Vadim Zelichenok deyib ki: «Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının qərarı çox sərtdir, amma belə bir qərar artıq verilib. İndi biz vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik».

Rusiyanın idman naziri Vitaly Mutko isə bildirib ki, Rusiya üç aya əlaqələri bərpa edəcəyinə inanır.

XS
SM
MD
LG