Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:32

Fransa prezidenti xalqa müraciət etdi


François Hollande
François Hollande

-

Fransa prezidenti François Hollande noyabrın 13-ü gecə saatlarında paytaxt Parisdə törədilən terror hücumları ilə bağlı xalqa müraciət edib.

Ölkə başçısı deyib ki, terrorçuların zərərsizləşdirilməsi və şəhərin təhlükəsizliyi üçün bütün güclər, o cümlədən silahlı qüvvələr səfərbər olunub. Bildirib ki, törədilə biləcək yeni terror aktının qarşısının alınması üçün Parisə qoşun yeridilib.

Ölkədə elan olunmuş fövqəladə vəziyyətin detallarına varan prezident deyib ki, Parisdəki bir neçə rayon «bağlanır», nəqliyyatın işi dayandırılır, Paris ərazisində axtarış aparılır.

François Hollande onu da qeyd edib ki, fövqəladə vəziyyət Fransanın bütün ərazisini əhatə edir.

Ölkə başçısı sərhədlərin bağlanmasından da danışıb: «Biz əmin olmalıyıq ki, ölkəyə cinayət törətmək məqsədilə bir kəs də daxil olmayacaq. Cinayətləri - təəssüf ki, biz şahidi olduq - onları törədənlər ölkəni tərk etmək istərlərsə, saxlanılmalıdır».

«Biz yenidən dəhşətli sınaqdan keçməli oluruq. Biz bilirik, cinayətkarlar, terrorçular kimdir, haradan gəliblər» –François Hollande bildirib.

XS
SM
MD
LG