Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

İşlənmiş avtomobillər hərraca çıxarıldı


Hərrac.
Hərrac.

-

Noyabrını 13-də Bakıda işlənmiş avtomobillər hərraca çıxarılıb. Satış məqsədi ilə keçirilən hərracı ABŞ-ın Azərbaycandakı səfirliyi təşkil edib

Əvvəlcə hərraca çıxarılan 10 maşına -2 «Mıtsubıshı Pajero», 3 «Ford Explorer», 2 «Chevrolet Tahoe», 2 «Chevrolet Suburban», 1 «Toyota Land Cruıser»ə baxış keçirilib. Ən «yaşlı» maşın - 1997,ən «gənc» maşınsa 2010-cu ilin istehsalı olub.

Qaydalara görə, alınan avtomobil geri qaytarılmır və ya dəyişdirilmir. Qalib şəxs dərhal ödəniş etməlidir. Avtomobillərin ilkin qiyməti 500 dollardır. Alınan avtomobillər yalnız təkrar qeydiyyat prosesi bitdikdən sonra - alış çekini təqdim etməklə ərazidən çıxarıla bilər. Ödəmədən imtina edən qaliblər hərraca qatılmaq hüququndan məhrum olunur və ərazidən uzaqlaşdırılır.​

Hərrac
Hərrac

«ELƏ 7-8 MİN DOLLAR GÖMRÜK XƏRCİDİR»

Alıcılar gömrük xərclərini və vergiləri ödəməyə məsuliyyət daşıyırlar. «Gömrük xərclərinin ödənməsi» şərti hərraca qatılmaq istəyənlərin əksəriyyətinin buranı tərk etməsiylə nəticələndi. Alıcılar maşınların təmirə ehtiyacı olduğunu da vurğulayır,«köhnə maşınlardır. Almaq sərf etmir...» – deyirdilər.

Hərracla bağlı elanın dolğun olmamasından da narazılar vardı. Elələrinin fikrincə, anonsu yayarkən «alıcılar gömrük xərclərini ödəməlidir» sözlərini yazsaydılar, bu gün buraya heç kim gəlməzdi. «Elə 7-8 min dollar gömrük xərcidir. Hərracdan da 2 min dollara alsaq, 10-11 minə başa gələcək. Axı bazarda da elə bu qiymətədir» – hərracı tərk edənlərdən belə sözlər eşitmək olardı.

Səfirlik Azadlıq Radiosuna bildirib ki, hərracın nəticələri barədə məlumat yaymayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG