Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Cəmil Həsənlinin qızının məhkəməsi olacaq


Günel Həsənli
Günel Həsənli

-

Noyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə proses davam edəcək.

Noyabrın 6-da keçirilən prosesdə hakim Əflatun Qasımov iş üzrə məhkəmə istintaqının yekunlaşmasını və çıxışlar mərhələsinə keçməyi təklif edib. Müdafiə tərəfi buna etiraz edib, məhkəmədə zərərçəkmiş Ədilə Səlimovanın da iştirakının təmin olunmasını tələb edib.

Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib. Müdafiə tərəfi həmin hökmdən apellyasiya şikayəti verib.

Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirir.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı xəsarət qeydə alınmayıb.

XS
SM
MD
LG