Dünyaca məşhur "Beatles" musiqi qrupunun ilk zərb ifaçısı Andy White 85 yaşında vəfat edib.
"Beatles"ın ilk hitində zərb alətlərində ifa etmiş A.White qrupun digər musiqiçiləri kimi tanınmamış, ömrünü məşhurluqdan kənarda keçirmişdi.
Əslən Qlazqodan olan White illərlə Birləşmiş Ştatlarda yaşayaraq orada şotland tuluğu və zərb alətlərində ifa dərsi verib
White Beatles-ın yalnız bir sinqlində ifa etsə də bu onun mifik “Beşinci Bitl” adını alması üçün kifayət etmişdi. Söhbət “Love Me Do” sinqlindən gedir.
Andy White-ın özü 2012-ci ildə demişdi ki, 1962-ci ildə prodüser Ron Richards ona 3 saatlıq iş təklif edib: “Mən Beatles haqqında eşitmişdim, çünki arvadım Lynne liverpullu idi və bu adı çəkmişdi. Amma mən onlar haqqında çox az bilirdim.”
Mahnının ABŞ versiyasında tamburin çalan Ringo Starr sonradan qrupun daimi zərb alətləri ifaçısına çevrilib. “Love Me Do”nun Britaniya versiyasında zərb ifası da ona məxsusdur.