Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:04

Bakının beş addımlığında yaddan çıxmış məkan


İllüstrasiya
İllüstrasiya

►“Gəlsin bir hökumət nümayəndəsi, geyindirək ona uzunboğaz rezin çəkməni, yolun bu üzündən o üzünə keçsin, görək, keçə biləcək?”

Hövsanın əvvəllər quşçuluq təsərrüfatı fəaliyyət göstərən ərazisində indi saysız-hesabsız yaşayış evləri tikilib. Elə adı da “Quşçuluq massivi” qalıb.

Torpaq sahəsi ucuz olduğuna görə əsasən bölgələrdən gələnlər burada ev-eşik tikib məskən salıblar. Uzun illərdir bu məkanda yaşayış olsa da, insan həyatı üçün vacib şərait tam şəkildə yaradılmayıb.

DƏRMAN RESEPTİ ÜÇÜN SURAXANIYA

Burada yaşayanlar yol, qaz, işıq, su, hətta tibb məntəqəsi sarıdan korluq çəkir.

Yaşayış massivinin sakini Mərdan Rüstəmov deyir, 16 ildir ki, ailəsi ilə burada ev-eşik tikib yaşayır. Yaşayış massivinin problemlərindən danışır:

“Bir aptekimiz, bir tibb məntəqəmiz yoxdur. Birini ağrı tutanda başımızı itiririk. Şəkər xəstələri dərman resepti üçün Suraxanıya gedir. Körpələri peyvəndə, müayinəyə kənara aparırıq”.

Buna da bax: Avropa “Molla Krekar” qəsdinin üstünü açdı

KEÇİLMƏZ YOLLARLA

Yaşayış massivinin başqa sakini Oqtay Kərimov deyir, yağış yağanda yollar keçilməz olur:

“Camaat çox əziyyət çəkir. Gəlsin bir hökumət nümayəndəsi, geyindirək ona uzunboğaz rezin çəkməni, yolun bu üzündən o üzünə keçsin, görək, keçə biləcək? Hər yağışdan sonra yollar belə vəziyyətə düşür. Nə maşınlar rahat hərəkət edə bilir, nə də evə gedib-gəlmək olur. Avtobus da yolda xarab olub qalır”.

Bu yollar əsasən də azyaşlılar üçün təhlükəlidir. Çünki yağışdan sonra yollarda yığılan qrunt suları sürüşkənlik yaradır, avtomobillərin hərəkəti çətinləşir. Sürüşmələr hadisələrə səbəb olur.

Oqtay Kərimov:

“Hamının uşağı məktəbə gedir. Məktəb də buradan uzaqdır. O qədər kələ-kötür, təhlükəli yollardır ki, uşaqları məktəbə özümüz aparıb-gətirməyə məcburuq”.

Buna da bax: Avropa Birliyi Arif Yunusun azad edilməsini alqışlayır

İCRA HAKİMİYYƏTİNDƏN GƏLƏN OLMAYIB

Daha bir vacib məsələ su ilə bağlıdır. Əsasən yayda sakinlər suyu əraziyə gələn su maşınından alırlar.

Sakinlərin deməsinə görə, yaşayış massivinin problemlərinə görə döymədikləri qapı qalmayıb. Deyirlər, yağış yağıb, yollar keçilməz olub, icra hakimiyyətindən, kanalizasiya idarəsindən bir adam əraziyə gəlib vəziyyətlə maraqlanmır.

Suraxanı rayon İcra Hakimiyyətindən bildiriblər ki, yeni yaşayış massivindəki evlərin çoxu sənədsizdir. Burada doğrudan da problemlər var. Ancaq vəziyyət heç də sakinlərin dediyi kimi, dözülməz deyil. Ümumiyyətlə isə, Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, ərazidə yaşayış şəraitinin yaxşılaşdırılmasına görə bir sıra işlərin görülməsi nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG