Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

Azərbaycan üzərindən yükdaşımalar azalıb


Qatar.
Qatar.

-

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yükdaşımalar 39.3 milyon ton, yük dövriyyəsi 8 milyard 313.1 milyon ton-kilometr olub. Yüklərin 22.86 milyon tonu və ya 58.2 faizi avtomobillə, 11.70 milyon tonu (29.8%) dəmiryolla, 4.72 milyon tonu (12%) dənizlə daşınıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ötən ilin 9 ayı ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 9.3 faiz azalıb. Dəmiryol və dəniz nəqliyyatı ilə yükdaşımalarda, uyğun olaraq, 21.3 və 30.8 faiz azalma qeydə alınıb. Avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 5.8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 7.2 milyon tonu (18.3%) tranzit yüklərdir.

Yanvar-sentyabr aylarında dəhlizlə 247.5 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 5 milyard 3.7 milyon sərnişin-kilometr olub. Ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınması və sərnişin dövriyyəsi 7.8 faiz artıb. Sərnişin daşınmasındakı artım avtomobil nəqliyyatı ilə daşımalar hesabına baş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG