Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:36

Azərbaycan Konstitusiyasının 20 yaşı olur


Konstitusiya.
Konstitusiya.

-

Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günüdür.

23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul etmək mümkün olmamışdı. XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikası da ilk Konstitusiyanı 4 il sonra qəbul edə bildi.

Anayasa 1995-ci il noyabrın 12-də keçirilən referendumda səsverməyə çıxarılıb.Dövlətin Əsas Qanunu həmin il noyabrın 27-dən qüvvəyə minib.

Bu, müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.

Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

Bu müddətdə Konstitusiyaya iki dəfə - 2002-ci ilin avqustunda və 2009-cu ilin martında referendum yoluyla əlavə və dəyişikliklər edilib. Sonuncu dəyişiklik zamanı prezidentlik müddətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Müxalifət və beynəlxalq qurumlar bu dəyişikliyi tənqid ediblər.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Konstitusiya vətəndaşlara yaşamaq, işləmək, seçmək, seçilmək, sərbəst toplaşmaq, ifadə, fikir, söz azadlığı və başqa hüquq və azadlıqlar verir. Bu hüquq və azadlıqların nə dərəcədə təmin edilməsi hər zaman müzakirə mövzusu olub.

XS
SM
MD
LG