Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:33

Qazaxıstan gələn ay Avropa Birliyi ilə yeni genişləndirilmiş tərəfdaşlıq razılaşması imzalayacaq.

Qazaxıstanın baş naziri Karim Maksimov noyabrın 11-də Astanada Avrasiyada iqtisadi inkişafa həsr edilmiş formda bildirib ki, Qazaxıstan Avropa Birliyi ilə əlaqələri davam etdirmək və dərinləşdirmək fikrindədir.

O qeyd edib ki, prezident Nursultan Nazarbayev bütün dünya ölkələri, o cümlədən strateji tərəfdarları Rusiya və Çin, habelə Avropa Birliyi ilə yaxşı əlaqələr qurmaq üçün çoxtərəfli və dinc siyasət yeridir.

Astana ilə Brüssel artıq 5 ildir ki, tərəfdfaşlıq və əməkdaşlıq razılaşmasınə götür-qoy edirlər.

Avropa Birliyi Avrasiya İttifaqında Rusiyanın əsas tərəfdaşı olan Qazaxıstanla əməkdaşlığı dərinləşdirməyə cəhd göstərir.

Amma bu Şərq Tərəfdaşliği çərçivəsində Avropa Birliyinin Gürcüstan, Ukrayna və Moldova ilə imzaladığı siyasi asosasiya və azad ticarət razılaşmasından zəifdir.

Prezident Nursultan Nazarbayevin son vaxtlar Çin və Qərblə əlaqələri gücləndirməklə ölkə iqtisadiyyatının inteqrasiyasında balanslı siyasət yeritməyə çalışır.

XS
SM
MD
LG