Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 09:02

«Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri» Almatıda


Kitab.

-

Noyabrın 10-da Almatıda TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş «Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri» adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilmiş şeirlər də daxil edilib.

Tədbirdə Qazaxıstan yazıçıları, ziyalılar, eləcə də Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar iştirak ediblər.

Almatıda Azərbaycan diasporu nəzdində fəaliyyət göstərən «Bahar» rəqs ansamblının ifaları tədbir iştirakçılarına xoş anlar bəxş edib.

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olan hər kəsə TÜRKSOY adından mükafatlar təqdim olunub.

XS
SM
MD
LG