-
Bu ilin oktyabr ayında Bakıda mənzillərin 1 kvadratmetrinin qiyməti 1568 dollar olub.
«MBA» konsaltinq və qiymətləndirmə şirkətinin məlumatına görə, bu, sentyabr ayı ilə müqayisədə 3.09% azdır. Son 1 ildə isə mənzillər 24.47% ucuzlaşıb.
Bakıda ən bahalı mənzillər Səbail rayonundadır – 1 kvadratmetri orta hesabla 2123 dollara. Digər rayonlarda isə qiymətlər 1000-2000 dollar arasında dəyişir.
1 kvadratmetr mənzil üçün Nəsimi rayonunda 1777 dollar, Nərimanovda 1650 dollar, Yasamalda 1583 dollar, Binəqədidə 1505 dollar, Nizamidə 1411 dollar, Xətaidə 1316 dollar, Sabunçuda 1150 dollar, Xəzərdə 1078 dollar, Qaradağda 1074 dollar, Suraxanı isə 1023 dollar ödəmək lazımdır.
Abşeron rayonunda isə qiymət orta hesabla 968 dollardır.