Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:00

Bakıda yağış, bölgələrdə qar yağacaq


Yağış.
Yağış.

-

Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, axşam yarımadanın bəzi yerlərində yağış intensiv olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Abşeron yarımadasında gecə 8-11, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Bölgələrdə fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

XS
SM
MD
LG