Keçid linkləri

2024, 14 İyul, bazar, Bakı vaxtı 06:44

Arzularını kibrit çöpü ilə reallaşdırdılar


Gəmi modeli.
Gəmi modeli.

-

Eyni sinifdə təhsil olan iki şagird adi kibrit çöplərindən Ağstafa parkının kiçik modelini hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, VIII sinif şagirdləri olan Fatimə və Cavid 2-3 ay ərzində topladıqları kibrit çöpü, plastik materiallar və yapışqandan istifadə etməklə maraqlı əl işi ortaya qoyublar. Ağstafalı şagirdlər parkla yanaşı, kiçik ev və gəmi modeli də hazırlamağı bacarıblar. Əl işi üç aya ərsəyə gəlib.

Fatimə Adıgözəlova bildirib ki, belə bir əl işi hazırlamaq onların çoxdankı arzusu olub. Bu əl işini düzəldərkən bir qədər çətinliklə üzləşmələrinə baxmayaraq, ruhdan düşməyib, işin öhdəsindən gələ biliblər.

Məktəblilər bu bacarıqlarını daha da inkişaf etdirmək fikrindədirlər.

XS
SM
MD
LG