Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Konqres Ukraynaya döyüş yardımı ayırır


Ukrayna hərbçiləri

-

ABŞ Konqresi Ukraynaya 50 milyon dollarlıq hərbi döyüş yardımı ayrılmasına icazə verən müdafiə siyasəti layihəsini qəbul edib.

Ağ Ev layihənin qəbulundan bir neçə saat sonra bildirib ki, Prezident Barack Obama da sənədi imzalayacaq.

Bu qanun Ukraynanın rusiyapərəst separatçılarla mübarizəsinə kömək məqsədilə 300 milyon dollar nəzərdə tutur. Onun 50 milyonu döyüş silahları – minaatıcılar, qumbaraatanlar, kiçik silahlar və sursat üçündür.


Obama administrasiyası daha öncə Ukraynaya döyük yardımı barədə çağırışları rədd edirdi, Rusiyanı təhrik etməkdən çəkinirdi.

XS
SM
MD
LG